İranda "Roma" qadağsı - FOTO

05.04.2018 | 5134 dəfə oxunub

İranın dövlət televiziyası İtaliyanın “Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib. Stadium.Az xəbər verir ki, bu addım “canavarlar”ın İspaniya təmsilçisi “Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb.

“Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.

Hələlik İtaliya klubunun rəsmiləri insidentə şərh verməyiblər. “Roma” və “Barselona” arasında cavab matçı aprelin 10-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail