"Barsa"dan rekord, Messidən 40-cı "het trik"

08.04.2018 | 5068 dəfə oxunub

İspaniya La Liqasının XXXI turunda “Leqanes”lə oyun “Barselona” üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

Rəqibi üzərində 3:1 hesabı ilə qalib gələn “Barsa” La Liqada 38 matçdı (7 oyun ötən mövsümdən qalıb) ki, məğlubiyyət üzü görmür. Bununla Ernesto Valverdenin yetirmələri “Real Sosyedad”a məxsus İspaniya rekordunu təkrarlayıb. San-Sebastian təmsilçisi 1979-80 mövsümündə bu uğura nail olub.

Bugünkü qarşılaşmada “Barselona”nın hər 3 qolunun müəllifi olan Lionel Messi isə “Barselona”da 40-cı, ümumilikdə 45-ci het-trikini rəsmiləşdirib. Argentinalı superulduz bunun 29-nu La Liqada, 7-ni avrokuboklarda, 3-nü İspaniya Kral Kubokunda, 1-ni isə İspaniya Superkubokunda reallaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail