FİFA futbolçuların başqa kluba icarəyə verilməsini ləğv edir

10.04.2018 | 4581 dəfə oxunub

FİFA futbolda növbəti islahata hazırlaşır. Stadium.Az xəbər verir ki, qurum futbolçuların başqa kluba icarəyə verilməsini ləğv etmək istəyir.

Hazırda bir çox klublar bu sistemdən yararlanır. Məsələn, müqavilə ilə "Çelsi"yə məxsus 40-a yaxın futbolçu başqa klublara icarəyə göndərilib. Bunlardan biri Marko van Qinkeldir. Holland yarımmüdafiəçi 2013-cü ildə "Vitesse"dən 9.4 milyon avroya transfer olunmuşdu. Həmin vaxtdan etibarən "Çelsi" onu "Milan", "Stok Siti" və PSV klublarına icarəyə verib.

İcarə sistemini istismar edən digər klub isə "Yuventus"dur. "Qoca senyora"nın 50-ə qədər futbolçusu başqa komandaların - xüsusilə İtaliyanın digər təmsilçilərinin formasını geyinir.

FİFA düşünür ki, böyük klublar gənc futbolçuları alıb digərlərinə icarəyə verməklə onların inkişafına əngəl törədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail