"Yuventus"un prezidenti: "UEFA-nın kifayət qədər yaxşı hakimi yoxdur"

12.04.2018 | 4411 dəfə oxunub

"Yuventus"un prezidenti Andrea Anyelli Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı oyundakı hakimlikdən danışıb. Stadium.Az xəbər verir ki, italiyalı funskioner bunları deyib:

"Sakitləşib hər şeyi təhlil etməliyik. Bir sıra ölkələrdə artıq videotəkrarlar sistemi tətbiq olunmağa başlanıb. İtaliya klublarına qarşı son vaxtlar qərəzli qərarlar verilir. "Real"la ilk oyunda Kuadradoya qarşı qayda pozuntusu, "Arsenal" - "Milan" matçında təyin olunan penalti kimi.

VAR Çempionlar Liqası üçün vacib bir sistemdir. Burda söhbət 1-2 xaldan yox, böyük nüfuz və maliyyəsi olan turnirdə mərhələ adlamaqdan gedir. Mübahisə doğuran insidentlər baş verməməlidir. Naməlum səbəblərdən məsul qurum italyan klublarına qarşı olan hakimlərə təyinat verir. Söhbət təkcə "Yuventus"dan getmir. "Barselona"ya qarşı səfər oyununda "Roma"nın lehinə də penalti təyin olunmamışdı. Bu, texniki problemdir.

UEFA-nın kifayət qədər yaxşı hakimi yoxdur. Quruma onları hazırlamaqda kömək edə bilərik. Yüksək səviyyəli şəxslərin təyinatı və VAR sisteminin quraşdırılmasında onların köməyə ehtiyacı var.

Futbolçular da, hakimlər kimi səhvə yol verir. Amma bu gün hakim vəziyyətə nəzarəti tamamilə itimişdi. Uşaqlar göstərdi ki, ilk oyundakı 0:3 hesablı fərqi aradan qaldırmaq iqtidarındadır. Hakim penalti epizodunun təkrarını izləyəndə hamıdan çox özü məyus olacaq".

"Real" - "Yuventus" (1:3) qarşılaşmasını Maykl Oliverin rəhbərliyi altında İngiltərədən olan hakimlər briqadası idarə etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail