Balotelli indi də siqaretlə diqqət mərkəzində

02.01.2012 | 4871 dəfə oxunub

"Mançester Siti"nin hücumçusu Mario Balotelli daha bir qeyri-adi hərəkətlə diqqət mərkəzinə düşüb. Stadium.az xəbər verir ki, qaradərili futbolçunun siqaret çəkməsi baş məşqçi Roberto Mançinini özündən çıxarıb. 
 
İtaliyalı mütəxəssis həftəyə 2 qutu siqaret çəkən futbolçunun bu vərdişindən əl çəkməsli olduğunu dilə gətirib. Bununla yanaşı, o, imkanlarının məhdud olduğunu da deyib: "Balotellinin siqaret çəkdiyini bilirəm. Çalışıram ki, o, bu vərdişindən əl çəksin. Futbolçunun siqaret çəkməsi düzgün deyil. Lakin mənim də edə biləcəklərim məhduddur. O, mənim oğlum deyil və ona ata kimi davrana bilmərəm".

Dünən Premyer-liqa çərçivəsində "Sanderlend"ə son saniyə qolu ilə məğlub olan "Mançester Siti" rəhbərliyinin də bu hadisəyə laqeyd davranmadığı və Balotelliyə pul cəzası kəsəcəyi bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail