Güləşçimiz Avropa çempionu olub

02.05.2018 | 2478 dəfə oxunub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Stadium.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib. 

O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.

Bu gün iki güləşçimiz bürünc medal uğrunda tatamiyə çıxacaq. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov almaniyalı Denis Kudla, 77 kq çəkidə isə Elvin Mürsəliyev gürcü Tornike Camaşvili ilə qarşılaşacaq.

Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail