"Qurban Qurbanov diktator kimidir"

02.05.2018 | 3034 dəfə oxunub

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Ağdam klubunun transfer gündəmində olan zimbabveli futbolçu Xama Biliata məsləhət verib.

Stadium.Az xəbər verir ki, "kickoff.com"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun nizam-intizama çox diqqət yetirdiyini bildirən cənubi afrikalı forvard Billata Ağdam klubuna keçməzdən əvvəl ətraflı düşünməyi tövsiyə edib:

"Ona məsləhətim budur ki, əgər "Qarabağ"a keçsə, 100 də yox, 1000  faiz futbol haqda düşünməlidir. Komandanın baş məşqçisi Qurban Qurbanov diktator kimidir (gülür). Gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir. O rahatlıqla futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşa bilər.

Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir. Qurban Qurbanov özü futbola bağlıdır. Oyunçulardan da bunu tələb edir. O, istəyir ki, oyunçuları yatanda da futbolu düşünsün. Billiat da "Qarabağ"da futboldan başqa heç nə düşünə bilməyəcək".

Hazırda Çinin "Xançjou Qrintaun" klubun oynayan Ndlovu 2016-2017 mövsümündə "Qarabağ"da çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail