Eks "Liverpul"lu Loris Kariusu sərt tənqid edib

31.05.2018 | 3312 dəfə oxunub

"Liverpul"un sabiq yarımmüdafiəçisi Ditmar Hamann həmyerlisi Loris Karius barədə danışıb. Stadium.Az xəbər verir ki, almaniyalı ekspert onu ciddi tənqidə məruz qoyub:

"Onun halına çox acıyıram. Demək olmaz ki, matçın taleyini onun yol verdiyi iki səhv həll etdi. Bənzər hadisə istənilən peşəkar futbolçunun başına gələ bilər. Amma matçdan sonra Kariusun davranışı xoşuma gəlmədi.

Final fitindən sonra əzab çəkdiyini göstərib göz yaşları ilə azarkeşlərdən üzr istəmək mütləq deyildi. "You’ll Never Walk Alone" himni klubda həyatın bir hissəsidir. Bir istisna var. Sənin eqon göstərdiyin oyunun keyfiyyətinə uyğun gəlmirsə.

Karius Liverpul küçələrində xüsusi "LK1" seriyası ilə avtomobil idarə edir, səs-küy qaldırır. Bunu 5 dəfə "Qızıl top"u qazanan Ronaldo özünə rəva görə bilər. Karius kimi oyunçular karyerasında hələ bir şeyə nail olmayıblar. Bu qapıçı Kloppun ona dünya səviyyəli klubda yer verməsinə görə xoşbəxt olmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail