Ronaldonun anası: "Oğlumun "Mançester Yunayted"ə dönməsinə üstünlük verərdim"

31.05.2018 | 3015 dəfə oxunub

Kriştianu ronaldonun anası Doloreş Aveyro Çempionlar Liqasının finalından öncə SFR Sport kanalına açıqlama verib.

Stadium.Az xəbər verir ki, o, ulduz futbolçunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Aveyro oğlunun "Mançester Yunayted"ə geri qayıtmasına isti yanaşdığını gizlətməyib:

"Parisi sevirəm. Vaxtaşırı ora gedirəm. Son dəfə Parisdə oğlum "Qızıl top"u qazananda olmuşam. Onunla fəxr edirəm. Hər dəfə bu şəhərə gedəndə xoş münasibət görürəm. Ronaldonun Parisə köçməsinə etiraz etməzdim. Amma onun daha çox Mançesterə qayıtmasına üstünlük verərdim".

Ronaldonun adı son günlər PSJ ilə daha sıx hallanmağa başlayıb. "Real"la futbolçu arasında məvacibin həcmi barədə fikir ayrılığı, Paris klubunun isə ona illik 45 milyon avro məvacib ödəməyə hazır olması növbəti səs-küylü transferin ilk siqnalları kimi qəbul edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail