Qrizmann: "Qarabağ"la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq"

05.06.2018 | 2153 dəfə oxunub

"Atletiko"nun hücumçusu Antuan Qrizmann spox.com saytına müsahibəsində Çempionlar Liqası barədə fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, 27 yaşlı forvard başa çatan mövsümdə qitənin ən nüfuzlu klub turnirindəki uğursuzluğu qrup mərhələsində “Qarabağ”la hər iki görüşdə heç-heçə etmələri ilə əlaqələndirib:

“Çempionlar Liqası mənim və klubum üçün böyük hədəfdir. Həqiqətən də bu kuboku qazanmaq istəyirəm. Biz "Çelsi" və "Roma" kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyil, "Qarabağ"la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq. Belə hallara yol verməməliyik”.

Qrizmann "Atletiko" ilə Avropa Liqasını qazanmasını özü üçün vacib hadisə adlandırıb. O, 2016-cı ildə Fransa yığmasının heyətində Avropa çempionatının və hazırkı klubunda Çempionlar Liqasının finalında uduzduqlarını xatırladaraq, nəhayət, titul əldə etdiyini vurğulayıb.

"Atletiko" ilə "Qarabağ" arasında Bakıda və Madriddə keçirilmiş görüşlərdə müvafiq olaraq, 0:0 və 1:1 hesablı heç-heçələr qeydə alınıb. Qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasında davam etdirən Madrid təmsilçisi yarışın qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail