Klublarımız Avrokuboklarda nə qədər qazana bilər?

06.06.2018 | 2328 dəfə oxunub

UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini təsdiq edib. Stadium.Az xəbər verir ki, bununla da Azərbaycan klublarının da qazanacağı məbləğ müəyyənləşib.

“Qarabağ”

Qitə futbol qurumunun saytı yazır ki, Çempionlar Liqasında pul mükafatları aşağıdakı kimi olacaq:

İlkin mərhələdə iştirak üçün - 230 min avro
Birinci mərhələdə iştirak üçün - 280 min avro
İkinci mərhələdə iştirak üçün - 380 min avro
Üçüncü mərhələdə iştirak üçün - 480 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma ÇL-in qrupuna düşən komandaların hər birinə 15,25 milyon avro veriləcək.

Qrupda qələbə üçün – 2,7 milyon avro

Heç-heçə üçün – 900 min avro

1/8 finala çıxdığı üçün – 9,5 milyon avro
1/4 finala çıxdığı üçün – 10,5 milyon avro
1/2 finala çıxdığı üçün – 12 milyon avro
Finala çıxdığı üçün – 15 milyon avro

Finalın qalibi əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. "Qarabağ" mübarizəyə birinci mərhələdən başlayacaq.

“Keşlə”, “Qəbələ” və “Neftçi”

Avropa Liqasında isə pul mükafatları aşağıdakı kimi təsdiq edilib:

İlkin mərhələdə iştirak üçün – 220 min avro
Birinci mərhələdə iştirak üçün –  240 min avro 
İkici mərhələdə iştirak üçün - 260 min avro
Üçüncü mərhələdə iştirak üçün – 280 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma əgər onlar mübarizəyə ilkin mərhələlərdən başlayıblarsa, onlara əlavə mükafat veriləcək

AL-in qrupunda iştirak edəcək 48 komandanın hər biri üçün 2,62 milyon avro ayrılıb

Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Avropa Liqasında “Keşlə”, “Qəbələ” və “Neftçi” təmsil edəcək. Hər üç klubumuz mübarizəyə birinci mərhələdən başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail