Quardiola: "Daha "Barselona"ya dönməyəcəm"

10.06.2018 | 3301 dəfə oxunub

"Məşqçi kimi "Barselona"ya daha qayıtmayacam. Mən artıq 10 il əvvəlki adam deyiləm. Heç onlar da mənə eyni cür yanaşmırlar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola deyib. 2008-12-ci illərdə katalon klubunu çalışdıran 47 yaşlı mütəxəsis TV3-də iştirak etdiyi bir proqramda bu barədə danışıb:

"Barselona"nın baş məşqçisi təyin olunanda fantastik yaşda idim. Bir sıra möhtəşəm futbolçular, gənc prezident (Xuan Laporta), Çiki Beqiristaynla birlikdə dünyanın yükünü çiyinlərimizdə daşıyırdıq... Komandada dünyanın ən yaxşı futbolçusu (Messi) oynayırdı. Ulduzlar parlayırdı. Son mövsümdə də, Çempionlar Liqasını qazanmadığına baxmayaraq "Barselona" ən yaxşı komanda idi. Messi unikal futbolçudur. O, meydanda şikayətlənmir. Amma xoşuna gəlməyən şeyləri deyir. Meydandan kənarda çox sakit adamdır.

"Barselona"nın prezidenti olmaq? Xeyr, mən məşqçiyəm. Öz ixtisasımda yaxşıyam. Hər sahədə çalışmaq olmur. Məşqçilikdən getsəm, məni qolf oynayan yerdə tapa bilərsiniz".

Quardiola bu yay "Siti"dən ayrılan Yaya Turenin onu irqçilikdə ittiham etməsinə də münasibət bildirib:

"Ture yaxşı bilir ki, bu yalandır. Biz 2 il birlikdə çalışdıq və o, bu barədə indi danışır. Heç vaxt üzümə bunları deməyib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail