Dünya Çempionatında Putinin qonağı olacaq siyasətçilər - FOTOLAR

11.06.2018 | 3566 dəfə oxunub

Rusiya prezidenti Vladimir Putin iyunun 13-dən başlayaraq Dünya Çempionatına gələcək qonaqları qarşılayacaq.

Artıq məlumdur ki, dünyanın ən önəmli idman hadisəsinə Böyük Britaniya hökuməti və kral ailəsi, o cümlədən İngiltərə Futbol Assosiyasının rəhbəri Şahzadə Uilyam da qatılamayacaq. Onlar “Skripal işi” ilə bağlı yaranmış qalmaqala görə, boykot qərarı veriblər.

Böyük Britaniya ilə həmrəylik əlaməti olaraq, İslandiya hökuməti də Rusiyaya gəlməyəcək.

Digər Avropa hökumətlərinin üzvləri isə Rusiyaya gələcəklər. Məsələn, Belçika xarici işlər naziri Didye Reynders Belçika-Tunis matçını izləyənlər sırasında olacaq. Kral Filipin də matça gələnlər arasında olacağı gözlənilir.

Dünya Çempionatını izləyəcək şəxslər arasında MDB və Cənubi Amerika liderləri də olacaq. Cənubi Koreya lideri Mun Çje İn oyun günləri Moskvada rəsmi səfərdə olacaq və millisinin oyunlarını da ziyarət edəcək. Seneqal lideri isə futbol hadisəsinə görə, 12 günlük məzuniyyət götürüb.

Dünya Çempionatı-2018-ə gələcək dünya liderlərinin adlarını təqdim edir. 

Şimali Koreya Ali Xalq Məclisinin Rəyatə Heyətinin sədri Kim Ön Nam

Futbol üzrə Şimali Koreya  millisi 2 dəfə - 1996-cı il və 2010-cu ildə Dünya Çempionatında iştirak edib. Budəfəki turnirdə Şimali Koreya yığması təmsil olunmasa da, rəsmi Pxenyan ölkənin ikinci şəxsi Kim Ön Namın Moskvaya açılış mərasiminə gələcəyini açıqlayıb. O, Sinqapurda Donald Tramp və Kim Çen In arasındakı tarixi görüşdən 1 gün sonra Rusiyaya gələcək.

 

BMT Baş katibi Antoniu Quterreş

BMT Baş katibi Moskvada Putinlə danışıqlar aparmaq üçün gələcək. BMT-dən verilən açıqlamaya görə, Quterreş iyunun 20-də “Lujniki” stadionunda baş tutacaq Portuqaliya-Mərakeş matçına təşrif buyuracaq. Bu qərar BMT rəhbərinin miliyyətcə portuqal olması ilə əlaqələndirilir.

 

Livanın baş naziri Saad Həriri

Livanın baş nazir kimi yenidən təsdiqlənən hökumət rəhbəri Saad Həriri də Rusiyaya səfər edəcək. İyunun 13-də onu Putin şəxsən qəbul edəcək.

 

Ruanda prezidenti Pol Kaqame

Ruanda millisi Dünya Çempionatında iştirak etmir. Amma iyunun 13-də Ruanda lideri Pol Kaqame Moskvaya səfər edəcək və çempionatın açılış matçı olan Rusiya-Səudiyyə Ərəbistanı oyununu izləyəcək.


 

Cənubi Koreya prezidenti Mun Çje İn

Cənubi Koreya lideri Dünya Çempionatının davam edəcəyi 21-23 iyunda Rusiyada olacaq. Cənubi Koreya lideri Tram-Kim Çen In görüşü barədə Putinə məlumat verəcək. O həmçinin, Dövlət Dumasında çıxış da edəcək. Mun Çje İn səfərini Rostov-na-Donu şəhərində Koreya-Meksika matçını seyr etməklə yekunlaşdıracaq.

 

Fransanın İdman naziri Lora Flessel-Kolovits

Rusiyaya səfər edəcək Fransanın idman naziri qılıncoynatma üzrə keçmişdə 2 dəfə Olimpiya çempionu adını qazanıb. Prezident Emmanuel Makron isə yığma komanda yarımfinala qədər irəliləsə, şəxsən matça gələcəyini söz verib.

 

Braziliya prezidenti Mişel Temer

Braziliya prezidenti Mişel Temer Rusiyada Dünya Çempionatını izləmək barədə təklifi qəbul etsə də, onun hansı matça baxacağı bildirilmir. Onunla yanaşı, iyunun 14-20-si tarixlərində idman naziri Leandro Krus Froez və 23-30 iyun tarixlərində turizm naziri Vinisius Rene Lummertsin də Rusiyada olacağı bildirilir.

 
Argentina prezidenti

Argentina prezidenti Maurisio Makri də turniuri izləməyə gələcəyini elan etsə də, sonradan səfəri ləğv etməyə məcbur olmuşdu. Yığması Dünya Çempionatına qatılmayan Boliviya prezidenti Eva Morales də Kreml tərəfindən qonaq kimi dəvət olunub.

 

Yaponiya şahzadəsi Takamodo

İyunun 18-i 26-sı aralığında Yaponiya Futbol Federasiyasının fəxri prezidenti şahzadə Takamodo da Rusiyayada olacaq. Eyni zamanda, Yaponiya hökumətinin bir sıra üzvləri də yığmanın oyunlarını izləmək üçün turnirin keçiriləcəyi şəhərlərə baş çəkəcək.

 

Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe

Rusiyaya rəsmi səfər edənələr arasında Avstriya Azadlıq Partiyasını rəhbərlərindən olan vitse-kansler Ştraxe də olacaq. O, Rusiyaya tez-tez səfər edir və bu yaxınlarda partiyası ilə “Vahid Rusiya” partiyası arasında əməkdaşlıq sazişi imzalamışdı.
 


Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd ben Salman Əl Saud

Səudiyyə Ərbistanı taxtının varisi iyunun 14-də Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçiriləck açılış matçına gələcək. Bundan əvvəl, o ötən ilin mayında Rusiyaya səfər etmişdi. 


Almaniya kansleri Angela Merkel və daxili işlər naziri Xorst Zeehofer

Dünya Çempionatının heç bir açılış mərasimini bu vaxta qədər qaçırmayan Merkelin Rusiya səfəri tam dəqiq deyil. Avropa parlamentinin 59 deputatı açıqlama yayaraq, “Skripal işi” ilə əlaqədar olaraq heç bir avropalı siyasətçinin Moskvaya səfər etməməsinə çağırış edib.
 


Moldova prezidenti İqor Dodon

2014-cü il Soçi Olimpiadasında olduğu kimi, 2018-ci il Dünya Çempionatına da bütün MDB liderləri dəvət alıb. Moldova lideri İqor Dodon, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistanın baş naziri Nikol Paşinyan səfər edəcəklərini təsdiqləyiblər.

 


Seneqal prezidenti

Seneqal prezidenti Maki Sal sırf çempionatı izləmək üçün 12 günlük məzuniyyət götürüb. Seneqal yığmasının ilk matçı iyunun 19-da Polşaya qarşı keçiriləcək. İyunun 24-də komanda Yekaterinburqda Yaponiya, iyunun 28-də isə Samarada Kolumbiya millisi ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail