Ronaldo Messini ələ salır - FOTO

21.06.2018 | 3118 dəfə oxunub

Kriştiano Ronaldo və Lionel Messinin bir–birinə rəqib olması aydın məsələdir. Düzdür, bu iki futbol ulduzunun rəqibliyi daha çox oyun meydanlarında özünü göstərir. Amma, deyəsən , rəqabət başqa sahələrə də, sirayət edib. İndi Ronaldo və Messinin təkcə vurduqları qollar, göstərdikləri oyun yox, həm də onların saç düzümü, geyimləri, hətta, saqqalları da müzakirə oyektinə çevrilib.

Qeyd olunanları ardıcıllıqla izləsək, hər şey aydınlaşar:

1. Lionel Messinin özünü meydançada "yüngül" aparması, sürətli maneraları - keçi və ya çəpiş kimi - ilə diqqətdən yayınmamışdı. Bü cür davranışa görə, onu G.O.A.T (Greatest of All Time - bütün zamanların ən yaxşısı) adlandırırlar.

2. Dünya çempionatından bir müddət əvvəl “Paper” jurnalı və “Adidas” şirkəti Messinin keçilərlə bir yerdə maraqlı fotosessiyasını da təşkil etmişdi.

3. Dünya çempionatının birinci oyununda Argentina millisi İslandiya yığmasına qarşı oynadı ( 1:1) . Oyun zamanı reklam çarxında “adidas” şirkətinin G.O.A.T. sözü yazılmış reklamı nümayiş olunurdu. Fonda isə keçi şəkli yer almışdı.

4. Kriştiano Ronaldo İspaniya yğmasının qapısına vurduğu qollardan birini çənəsini tumarlamaqla qeyd etdi. Bu, Messinin (“keçinin”) saqqalına bir işarə, rişxənd idi.

5. Bir neçə gündən sonra keçirilən Portuqaliya-Mərakeş qarşılaşmasına Ronaldo yeni görüntüdə çıxdı - saqqalla. Oyundan sonra yeni imicini şərh edən portuqaliyalı ulduz saqqal saxlamasını komanda yoldaşları ilə etdiyi zarafat kimi dəyərləndirdi: ”İspaniya millisi ilə oyundan əvvəl üzümü qırxırdım. Komanda yoldaşlarıma dedim ki, çənəmdəki keçi saqqalını qırxmıram. Əgər ispanlara qol vura bisəm, bu saqqalı dünya çempionatının sonuna qədər saxlayacağam. Həm ispanlarla oyunda, həm də növbəti qarşılaşmada qol vurdum. Yəni, keçi saqqalı mənə uğur gətirdi”.

Düzdür, Ronaldo rəqabət apardığı Messinin adını çəkməyib. Amma onun keçi saqqalı məsələsində argentinalı ulduzu yada salması açıq- aşkar hiss olunur.

Похожее изображение




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail