Vaxtilə Almaniya millisində oynayırdı, indi "Zirə"yə gəlib

03.07.2018 | 2814 dəfə oxunub

Bakıda təlim-məşq toplanışında olan “Zirə” transfer çalışmalarını sürətləndirib. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisində artıq bir əcnəbi futbolçu baxışa cəlb olunub.

Bu, almaniyalı müdafiəçi Xalid Mesfindi. Dünən Bakıya gələn 26 yaşlı sol cinah oyunçusu artıq komanda ilə məşqlərə qoşulub. Baş məşqçi Ayxan Abbasov onu bir neçə yoxlama görüşündə sınamaq niyyətindədi. Yalnız bundan sonra Efiopiya əsilli oyunçu barədə yekun qərar veriləcək.

“Frankfurt”un yetirməsi olan Xalid Mesfin Almaniyanın bir neçə klubunda çıxış etdikdən sonra 2016-cı ildə Zapreşiç “İnter”inə keçib. Onun son klubu məhz Xorvatiya təmsilçisi olub. Hazırda azad agent statusuna malik olan Mesfin müdafiənin hər iki cinahında, eyni zamanda yarımmüdafiənin sol cinahında oynaya bilir. Futbolçu Almaniyanın U-16 və U-17 yığmalarının heyətində ümumilikdə 12 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail