Toqo millisinin üzvü "Qəbələ"də

04.07.2018 | 3052 dəfə oxunub

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bu, bölgə təmsilçisinin 3-cü əcnəbi oyunçusu olub. Belə ki, buna qədər albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi “Qəbələ”yə transfer edilib.

19 yaşından Avropada legioner həyatı yaşayan Atakora 2009-cu ildə Norveçin “Fredrikstad” klubuna keçib. 2009-10-cu illərdə bu klubda çıxış edən yarımmüdafiəçi İsveçdə “Varnamo” (2010), AİK (2011-14) və “Helsinqborq”un (2015-2016) formasını geyinib. O, AİK-in heyətində UEFA Avropa Liqasında 9 oyun keçirib. 2013/14 mövsümündə Türkiyədə “Balıkəsirspor”un formasını geyinən Lalavelenin son komandası da qonşu ölkədə olub.

Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub. Milli komanda ilə 2007-ci ildə Toqoda keçirilən 17 yaşadək futbolçular arasında Afrika çempionatında iştirak edən Atakora turnirin gümüş mükafatını qazanıb, həmçinin ən yaxşı futbolçusu seçilib. O, Toqo yığmasının heyətində həmin il təşkil olunan yeniyetmələrin dünya çempionatına da qatılıb. 2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin əsas milli komandasında debüt edib. Lalavele bu komandada 13 oyunda 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail