“Dmitri Medvedev paltardəyişmə otağına gələndə mən müsahibədə idim"

08.07.2018 | 4459 dəfə oxunub

“Milli komanda öz boyundan hündürə tullana bildimi? Bunu deyə bilmərəm. Turnirə detallı şəkildə hazırlaşmışdıq. Konfederasiya kuboku da bu işdə bizə kömək etdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis komandasının mundialdakı çıxışını dəyərləndirib:

“Millidən təklif aldığım ilk andaca bunu qəbul etməyə hazır olduğumu hiss etdim. İndi özümüzü orduya çağırılan əsgər kimi hiss edirik. Bu gün “dembel” olduq, ancaq daha çox xidmət edib vuruşmaq istərdik. İyulun 15-nə kimi məmnuniyyətlə vətənə xidmət edərdik”.

S. Çerçesov qarşıdakı planlarından da danışıb: “Bizi qarşıda Millətlər Liqası gözləyir. Belə şeyləri proqnozlaşdırmaq olmur. Bugünkü gündə maksimumu etdik. Uşaqlar layiqli mübarizə apardılar, ancaq bəxtimiz sonadək gətirmədi. İndi hər şeyi sakit tərzdə analiz etmək lazımdır. Komandada tez-tez dəyişikliklər olur. Ona görə də hər şeyi əvvəlcədən planlaşdırmaq olmaz”.

Baş məşqçi oyundan sonra Rusiya prezidenti Vladimir Putinin zəng vurub komandanı təbrik etdiyini bildirib: “Dmitri Medvedev paltardəyişmə otağına gələndə mən müsahibədə idim. Vladimir Vladimiroviçlə isə gün ərzində telefonla danışmışdıq. Matçdan sonra yenə zəng vurub gözəl oyuna görə bizi təbrik etdi və başımızı dik tutmağımızı bildirdi”.

Rusiya 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında Xorvatiyaya uduzaraq ev sahibliyi etdiyi dünya çempionatında mübarizəni dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail