"Bu dəqiqə tək məqsədimiz “Uypeşt”lə ev-səfər oyunlarıdı"

11.07.2018 | 3171 dəfə oxunub

“Birinci oyun çox vacibdi. Qarşımızdakı komanda çox güclüdü”. Stadium.Az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Roberto Bordinə məxsusdu.

Sabah Avropa Liqasında mübarizəyə start verəcək “ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində “Uypeşt”lə üz-üzə gələcək.

Oyunöncəsi baş tutan mətbuat konfransında italiyalı çalışdırıcı fikirlərini bildirib: “Son ayları boş keçirməmişik. Yaxşı start arzusundayıq. Azarkeşlərimizin önündə oynamağa hazırıq”.

- Yoldaşlıq oyunlarındakı nəticələr sabahkı matça necə təsir edə bilərmi?

- Nəticə hər zaman vacibdi. Ancaq yoldaşlıq görüşlərində əsas oyunçuların anlaşmasını təmin etmək idi. Məqsəd futbolçuların fiziki göstəricilərini yaxşılaşdırmaq idi.

- Yoldaşlıq oyunlarında daha çətin rəqib seçmək olmazdı? Nəzərə alsaq ki, II mərhələdə “Sevilya” ilə qarşılaşmaq ehtimalı var...

- Yoldaşlıq görüşlərində bütün oyunçulara şans vermək imkanımız oldu. Rəqiblərin kimliyinin o qədər də önəmi yoxdu. “Sevilya”ya gəlincə, “Uypeşt” səddini keçməmiş o barədə danışmaq erkəndi.

- Əsasən “Neftçi” üçün yad olan 4-3-3 sistemindən istifadə edirsiz. Komandanın artıq bu sistemə alışdığını demək olarmı?

- Əvvəlki məşqçilərin hansı sistemlərə üstünlük verməsi barədə məlumatsızam. Sadəcə, 4-3-3 sevdiyim sistemdi. Ancaq bunun oyunun gedişində sabit qalacağını deyə bilmərəm.

- Fiziki baxımdan komanda nə qədər “artırıb”?

- Yaxşı fiziki hazırlıq keçmişik, ancaq 100 faiz desək, absurd olar. Çempionata başlayana qədər maksimum hazır olmağa çalışacağıq. Əsas məqsəd bu oyuna hazır olmaq idi.

- İkinci mərhələdə “Sevilya” ilə qarşılaşmaq ehtimalı futbolçuların motivasiyasını azaltmır?

- “Sevilya” barədə düşünmürük. Bu dəqiqə tək məqsədimiz “Uypeşt”lə ev-səfər oyunlarıdı.

- Karikari, Frederiko kimi legionerlərlə yanaşı, Bəşirov kimi gənclər Türkiyə toplanışına dəvət olunmuşdu. “Neftçi”dəki yerli gənclərin potensialı sizi nə dərəcə qane edir?

- Əcnəbilərlə yerlilər birlikdə yaxşı anlaşırlar. Oyunları alınır. Ümid edirəm ki, həm yeni oyunçuların inteqrasiyası tez olacaq, həm də gənclər gələcəkdə “artıracaqlar”. U-21 yığmasında oynayan gənclərimiz var. Onlardan çox razıyam. Zaman keçdikcə, çətinliklərə dözdükcə təcrübəli futbolçulardan daha da çox şey öyrənəcəklər.

- Karikari komandaya gec qoşulub. Onun sabah heyətdə olmaq ehtimalı varmı?

- Karikari güclü oyunçudu. Potensialı sabahkı oyunda oynamasına imkan verir. Ancaq ümumi kimlərin çıxış edəcəyini məşqdən sonra dəqiq biləcəm.

- Adətən əcnəbi məşqçilər özləri ilə məşqçilər korpusunu da gətirirlər. Ancaq sizdə cəmi bir belə mütəxəssis var. Azərbaycanlı çalışdırıcılarla işlərinizi qaydasına qoya bilərsizmi?

- İtaliyalılardan təkcə Andrea mənimlədi. Onunla uzun müddət birlikdə çalışmışıq. Yerli məşqçilər isə yerli futbolçuları yaxşı tanıyırlar. Təcrübələrimizi birləşdirib, yaxşı vəhdət yaradacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail