Qaret Sautqeyt: "İngiltərə hər zaman yaddaşda qalacaq çıxış ilə seçildi"

12.07.2018 | 3035 dəfə oxunub

"Matçın sonunda bəzi oyunçularım ayaqlarının üstündə durmaqda çətinlik çəkirdi. Son dəqiqələrdə 10 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Azarkeşlər çox böyük dəstək oldular".

Stadium.Az xəbər evrir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in yarımfinalında Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bura qədər uzun yol qət etdik. Bura kimi gələcəyimizi kim təsəvvür edə bilərdi ki! Xorvatiya ilə görüşdə istədiyimiz kimi yaxşı oynamadıq. Ancaq əlimizdən gələni etdik. Qola epizodlarımız oldu. Fərqlənə bilərdik, ancaq daha bunları düşünməməliyik. 6-7 həftədə bu qədər hazırlaşa bildik" - deyə o bldirib.

Sautqeyt məğlubiyyətə görə çox kədərli olduqlarını söyləyib: "İndi paltardəyişmə otağı ən ağır yerdir”.

47 yaşlı mütəxəssis komandası ilə qurur duyduğunu vurğulayıb: "Bu komandanı seçərkən təcrübə ilə bağlı problemimizin ola biləcəyini düşünürdük. Ancaq bacarıqlı futbolçularımıza oynadaraq təcrübə qazandıra bilərik. Luka Modriç və İvan Rakitiçin bura gələnə qədər neçə matçda oynadığına bir baxın. Yenə də komandamla qürur duyuram. Azarkeşlərin də mənimlə eyni fikirdə olduğunu düşünürəm. İngiltərə hər zaman yaddaşda qalacaq çıxış ilə seçildi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail