İlin ən yaxşı futbolçusu yenə Messi oldu

10.01.2012 | 10736 dəfə oxunub

FIFA və "France Football" nəşri ilin ən yaxşı futbolçusuna verilən "Qızıl Top'' mükafatının sahibini açıqlayıb. Stadium.az xəbər verir ki, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi üst-üstə 3-cü dəfə bu mükafata layiq görülüb.

Jurnalistlərin, FIFA-ya üzv olan 208 ölkənin baş məşqçilərinin və kapitanlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib. O, bu mükafata digər namizədlər - Kriştiano Ronaldo (Real) və Çavi Ernandesdən (Barselona) daha layiq hesab edilib.


3-cü dəfə

Bir daha ilin ən yaxşı futbolçusu seçilən Messi bununla da "Qızıl Top" mükafatına 3 dəfə layiq görülşmüş 4-cü futbolçu olub. Daha öncə Mişel Platini (Fransa), Yohan Kruyf (Hollandiya) və Marko Van Basten (Hollandiya) bu mükafatı 3 dəfə qazanmışdı. Platini isə tarixdə ilk dəfə ardıcıl 3 il "Qızıl Top"a yiyələnmiş futbolçu kimi tarixə düşmüşdü. Messi bununla Platininin də rekordunu təkrarlamış olub.


Qvardiola da Mourinyodan üstün oldu


İlin baş məşqçisi "Barselona"nın 40 yaşlı çalışdırıcısı Xosep Qvardiola olub. O, bu mükafat üçün Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo və "Mançester Yunayted"in təcrübəli çalışdırıcısı Aleks Ferqyussonu üstələyib.

İlin ən yaxşı qolunun müəllifinə verilən "Puşkas" mükafatına isə "Flamenqo"ya vurduğu qolla "Santos"un gənc ulduzu Neymar layiq görülüb.

FIFA-nın hər mövsüm müəyyənləşdirdi ilin 11-də İspaniyada forma geyən oyunçuların çoxluğu diqqət çəkib.

İnternetdə keçirilən sorğu nəticəsində seçilən 11 nəfərdən 5-i "Barselona"nın, 4-ü isə Madrid "Real"ının oyunçularıdır. Digər iki futbolçu isə İngiltərənin "Mançester Yunayted" komandasından seçilib.

Ənənəvi olaraq hər mövsüm futbol aləmində xüsusi birinə verilən mükafata isə "Mançester Yunayted"in şotlandiyalı çalışdırıcısı Aleks Ferqyusson layiq görülüb.

Mükafatlar:
İlin baş məşqçisi: Xosep Qvardiola
İlin ən yaxşı futbolçusu: Lionel Messi
İlin 11-i: Kasillas (Rela), Dani Alves (Barselona), Pike (Barselona), Serxio Ramos (Real), Vidiç (Mançester Yunayted), Xabi Alonso (Real), Çavi Ernandes (Barselona), İniesta (Barselona), Messi (Barselona), Ronaldo (Real), Runi (Mançester Yunayted)
2011 "Fair Play" mükafatı: Yaponiya Futbol Federasiyası
FIFA Prezident mükafatı: Aleks Ferqyusson
"Puşkas" ilin qolu mükafatı: Neymar
İlin ən yaxşı qadın futbolçusu: Homar Sava
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail