"Ondan sonra “Neftçi” oyunçularının motivasiyadan düşdüklərini gördüm"

20.07.2018 | 3344 dəfə oxunub

“Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviç UEFA Avropa Liqasının I təsnifat mərhələsnin cavab oyununda “Neftçi”ni 4:0 hesablı darmadağın etdikl'ri oyundan sonra mətbuat konfransında qarşılaşma barədə danışıb:

- Futbolçularım fantastik idilər. Oyunları ilə meydanda sözlərini dedilər. Bəziləri düşünə bilər ki, 4:0 bizə asan başa gəldi, ancaq yanılırlar. Sadəcə, bugünkü matçı izləyənlər “Neftçi”nin necə yaxşı komanda olduğunun bəlkə də, fərqində olmadılar. Rəqib heyətini və taktikasını dəyişmişdi. Ümumilikdə, “Neftçi” güclü komandadı, bu, hətta 60-cı dəqiqədən sonra belə etdikləri təhlükəli əks-hücumlardan da bəlli idi. Üçüncü qol mənim üçün həlledici oldu. Ondan sonra “Neftçi” oyunçularının motivasiyadan düşdüklərini gördüm. Bununla da, oyun tamamilə bizim tərəfə keçdi. Ümumilikdə, bu gün çox nizamlı oynadıq. Futbolçularımı ürəkdən təbrik edirəm. Birinci matçdan sonra haqqımızda tənqidlər səsləndirənlərin adına üzgünəm. Həmçinin, azarkeşlərə təşəkkür etmək istəyirəm. Yaratdıqları fantastik atmosfer sayəsində onlar da qələbədə böyük pay sahibi oldular.

- Birinci oyunda müdafiə olunmağın, yoxsa qol vurmağın daha çətin olduğunu soruşmuşdum. Bu gün hər ikisini bacardığınızı göstərdiz... Əlavə olaraq, növbəti rəqib – “Sevilya” haqda nə deyə bilərsiz?

- Bu, “Neftçi”nin əsl siması deyil. Ancaq onlara qarşı qol vurmaq və qol buraxmamaq çox çətin idi. Bəlkə də, biz bir az şanslı idik bu gün. Onlardan daha çoxunu gözləyirdik. Bu, “Neftçi”nin əsl oyunu deyildi. Dario və Hacıyev kimi hücumçuları olan komandaya qarşı qol buraxmamaq böyük işdi. Petrov, Abışov kimi müdafiəçilərə qarşı qol vurmaq da həmçinin. Böyük ürək ortaya qoyduq. Ancaq reallıq bundan ibarət deyildi. 90 dəqiqə ərzində “Neftçi” yaxşı oynadı, bunun üçün onlara minnətdaram. Mənim oyunçularım üçün üç dəfə ardıcıl Avropa liqasını qazanmış “Sevilya” kimi komandaya qarşı oynamaq böyük şərəfdi. Oyunçularıma güvənirəm. “Sevilya”dan çox şey öyrənə bilərik. Əlimizdən gələn hər şeyi edəcəyik. “Sevilya” tamam başqa komandadı, ancaq onlar da işlərini çətinə salmamağa çalışacaqlar. Oyunçularım üçün bu, bir xəyaldı. Hətta “Neftçi”ni məğlub etmək belə oyunçularım üçün xəyala bənzər bir şey idi. Ümid edirəm ki, gələcəkdə də bizi belə bir sürpriz gözləyir.

- İlk oyunda Namiq Ələskərov sıradan çıxdı. Bu matçda isə Ruslan Abışov zədələndi. Bu, “Uypeşt”in vizit kartıdı, yoxsa baş verənlər sadəcə təsadüfdü?

- İlk oyunda olanlara görə üzgünəm, amma hadisə qolkiperlə mübarizədə baş verdi. Hətta qapıçımız da orda zədələnə bilərdi. Digər epizodda isə ikili mübarizə idi. Bu, futbolda tipik situasiyadı. Ümumi sualınızı başa düşmədim. Hansısa epizodda rəqibə qəsdən xələl yetirməyə çalışdığımızı gördüz? İlk oyundan sonra bu barədə heç nə soruşmamışdınız. Mən isə məğlubiyyətin arxasında hansısa bəhanə axtarmadan “Neftçi”ni təbrik etmişdim. İndiki vəziyyətdə - belə bir oyundan sonra bu sualın gəlməsi qəribədi. Tezliklə “Neftçi” futbolçularının toparlanacağına ümid edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail