"Bu yolla "Qarabağ"ı keçəcəyik"

23.07.2018 | 3936 dəfə oxunub

"Qarabağ" çox güclü rəqibdir. Buna baxmayaraq, hər iki oyuna qələbə üçün çıxacağıq". 

Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi" klubunun futbolçusu Albi Alla deyib. 

O, "Qarabağ"la hər iki qarşılaşmada qələbəyə ümid edir: "İnanıram ki, bəxt və tanrı bizimlə olacaq. Bu yolla turu keçəcəyik. Qarşıdakı hər iki matçda hədəfimiz dəyişməzdir. Qələbə qazanmaq niyyətindəyik. Lakin hər oyunu ayrılıqda düşünmək lazımdır. Sonra isə hara gedəcəyimizə baxmaq olar. Çempionlar Liqasında uğurlu çıxış edib, qruplara vəsiqə qazanmaq istəyirik".

Alla “Kukesi”nin prezidenti Safet Qicinin birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verməmək üçün göstərdiyi səbəblərə də münasibət bildirib: “Turu keçməyimiz komanda və futbolçular üçün yaxşı haldır. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Yeni komandayıq, günü-gündən kollektiv bir-birinə uyğunlaşır. Yeni baş məşqçinin gəlişi vəziyyəti hər mənada düzəldib. Müasir futbolda nəticə önəmli amildir. Bir neçə il öncə “Kukesi” baxımlı futbol sərgiləsə də, mərhələ keçə bilmirdi. Məncə, əsas məsələ bunu bacarmaqdır. Komandanın oyun üslubunu yaxşılardırmaq baş məşqçinin işidir. Mənim vəzifəm meydana çıxanda bütün gücümü ortaya qoymaqdır”.

Tərəflər arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə bir həftə sonra  ölkəmizdə keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail