Ölkəmizdə Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasını yeni kanal yayımlayacaq

08.08.2018 | 4303 dəfə oxunub

“CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib. Stadium.Az xəbər verir ki, telekanaldan verilən məlumata görə, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdı.

Bundan başqa, telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real” (Madrid) və "Atletiko" (Madrid) komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələ oyunlarını da məhz sözügedən telekanal Azərbaycan tamaşaçılarına təqdim edəcək.

Telekanaldan həmçinin bildirilib ki, "CBC Sport" daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.

Bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı "İdman Azərbaycan" yayımlayıb. Millətlər Liqası isə yeni yarışdı və sentyabrdan start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail