"İki fərqli futbol fəlsəfəsinə sahib komandalar üz-üzə gələcəklər" - "Şerif"in baş məşqçisi

22.08.2018 | 3504 dəfə oxunub

"Sabah UEFA Avropa Liqasında qrupa düşmək uğrunda ilk oyunumuzu keçirəcəyik. Çox güclü, yaxşı komanda ilə qarşılaşacağıq. Rəqib topa daha çox sahib olmağı və hücumameylli futbol oynamağı sevir. Ötən il Avropada öz parlaq çıxışı ilə yadda qalıb. Ona görə də sabahh bizi ağır oyun gözləyir."

Stadium.az xəbər verir ki, bu sözləri Moldova klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunuöncəsi keçirilən mətbuat konfransında deyib.

Sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşən xorvatiyalı mütəxəsis meydana sərfəli nəticə üçün çıxacaqlarını bildirib: “Komandamızda hər şey qaydasındadır. Zədəli futbolçularımız yoxdur. Bu gün son olaraq, oyunçularımızın hansı vəziyyətdə olduğunu görəcəyik və sabah hansı start heyəti ilə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik. Taktiki planda bir az dəyişiklik edəcəyik. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Futbolçularda özünəinam maksimum dərəcədədir. Hamı uğurlu nəticəyə inanır. İki gün öncə də səfərdə qalib gəldiyimiz çətin oyunumuz olub. Sabah bir qədər fərqli oynaya bilərik. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq”.

“Komandada əhval-ruhiyyə yaxşıdır. Son çempionat oyununda qazandığımız qələbə bizə bir qədər rahatlıq gətirib. Düzdür, sabah çempionat matçı olmayacaq, “Qarabağ”la qarşılaşacağıq. Müdafiədə çox diqqətli olmalıyıq. Çünki rəqib qısa və sürətli ötürmələrlə çox texnikalı oyun sərgiləyir. Komanda məzmunlu, yüksək səviyyəli futbol oynayır. Ancaq onların da zəif tərəfləri var. Daha çox əks-hücumlarda oynayıb, əlimizə düşən şanslardan maksimum yararlanmağa çalışacağıq”.

Q. Sabliç oyuna hazır olduqlarını söyləyib: “Çətin olacağını bilirik, amma oyuna hazırıq. Komandamızda Avropa Liqasında qruplara qalmaq üçün lazım olan bütün keyfiyyətlər var. İki fərqli futbol fəlsəfəsinə malik olan komandalar üz-üzə gələcəklər. Evdə oynadığımızdan azarkeşlərin də dəstəyi ilə ən yaxşı oyunumuzu göstərə bilərik. Doğma meydanda qazanacağımız yaxşı nəticə qrup mərhələsinə adlamağımza imkan yarada bilər”. "

Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail