"Şerif"in baş məşqçisi: "Qarabağ"la oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq"

27.08.2018 | 4051 dəfə oxunub

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Şerif"in baş məşqçisi Qoran Sabliç Moldova çempionatının son turunda "Dinamo-Avto"na 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Stadium.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis ilk oyunda “Qarabağ” üzərində qazandıqları 1:0 hesablı qələbə ilə qrup mərhələsinə çıxa biləcəklərinə inandığını deyib:

"Qarabağ"la oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Tiraspolda yaxşı nəticə qazanmışıq. Səfərdə bizə çətin olacağını bilirik. Amma komandamızın fiziki və mənəvi durumunun yaxşı olacağına inanıram. Son vaxtlar çox oynayan futbolçular çempionat matçında istirahət etdilər. "Qarabağ"la cavab görüşü ərəfəsində belə addım vacibdir. Bu andan etibarən qarşıdakı oyuna hazırlaşacağıq".

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” Moldovada keçirilmiş ilk oyunda 0:1 hesabıyla məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail