Almaniya kansleri: "Özilin Türkiyə prezidenti ilə olan şəkli barədə hər kəs öz fikrini ifadə edə bilər"

27.08.2018 | 4859 dəfə oxunub

Almaniya kansleri Angela Merkel "Arsenal"ın yarımmüdafiəçisi Məsud Özilin Almaniya Futbol İttifaqını rasizmdə günahlandırmasına reaksiya verib.

Stadium.Az xəbər verir ki, Türk əsilli futbolçu rasizmə görə Almaniya millisindəki karyerasını bitirib. Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganla çəkdirdyi fotoya görə almanlar tərəfindən tənqidə məruz qalmışdı. 

Kansler bu məsələni belə şərh edib:

“Baş verənlər barədə dəqiq məlumatım var. Özilin Türkiyə prezidenti ilə olan şəkli barədə hər kəs öz fikrini ifadə edə bilər. Bizi narahat edən məsələnin başqa tərəfidir. Əgər immiqrantlardan hansısa Almaniya cəmiyyətində pis münasibət gördüyünü deyirsə, biz buna biganə qala bilmərik. Vəziyyəti araşdırmalı və müzakirə etməlıyik”. 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer də kansleri dəstəkləyib. Prezident ölkə vətəndaşlarına fərq qoyulmasının əleyhinə olduğunu bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail