Emeri "Qarabağ"la oyunlardan danışdı

31.08.2018 | 4932 dəfə oxunub

Avropa Liqasında "Qarabağ"la eyni qrupa düşən "Arsenal"ın baş məşqçisi Unai Emeri İngiltərə mətbuatına müsahibə verib.

Stadium.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın son durumundan və Avropa Liqasındakı şanslarından danışıb.

- Premyer Liqada 3 oyun keçirmisiz və 1 qələbə qazanmısız. Komandadan nə dərəcədə razısınız?

- Biz inkişaf edirik. Cəmi üç oyun keçirmişik. Artıq oyun sistemi uyğunlaşmaqdadır. Komanda müsbətə doğru gedir. Bundan da yaxşı olacağına inanıram.

- Məsut Özil son oyunda oynamamışdı. İndi vəziyyəti necədir?

- O, məşqlərə başlayıb. Vəziyyəti yaxşıdır.

- Məsut Özili komandada görmək istəmədiyiniz barədə fikirlər var. Bu, düzgündür?

- Mən sizi tanıyıram. Yaxşı və olduqca təcrübəli jurnalistsiniz və sizə hörmətim böyükdür. Amma bu yazılanlar doğru deyil. Özilə ehtiyacımız var.

- Avropa Liqasının püşkü barədə fikirləriniz necədir?

- Həftədə iki dəfə oyun keçirmək güclü fiziki durum tələb edir. Bu tempə oturmalıyıq. Uzun fasilədən sonra beynəlxalq arenaya qayıdırıq. İstərdik burada uzun yol qət edək. Biz bu turnirdə çoxlu futbolçunun xidmətindən yararlanacağıq. Qrupdakı hər üç komandaya hörmət edirik. Bəli, bir daha səsləndirirəm ki, bu yarışda uzun yol getmək istəyirik. Avropa Liqasının qalibi olmaq istəyirik.

- "Qarabağ"la oyun üçün uzun yol qət etmək lazımdır.

- Uzun səfərlər ağır olur. "Qarabağ"la oyun üçün yolumuz uzun olacaq. Belə oyunlar çətin keçir.

- Bu düzdür ki, siz bazada meyvə şirəsi içməyə futbolçulara qadağa qoymusuz?

- Bəli, bunu qadağan etmişəm, çünki tərkibində şəkər çoxdur.

- Komandadan ayrılan futbolçu olacaq?

- Xeyr, sıralarımızı tərk edən olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail