Quardiola Mourinyonu müdafiə etdi: "O qədər güclü məşqçilər var ki, titul qazanmayıblar"

02.09.2018 | 4264 dəfə oxunub

"Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola mövsümə uğursuz start verdiyi üçün tənqid olunan “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonu müdafiə edib.

Stadium.Az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis pis nəticələrin təkcə baş məşqçilərdən asılı olmadığını bildirib:

“Şəxsən mən Mourinyonun ustalığına heç vaxt şübhə etməmişəm, indi də etmirəm. Çünki məsələ təkcə qazanılan titullarda deyil. Bunu çox demişəm. Misal üçün özümü götürsəm, mən uğurları yaxşı futbolçuları olan möhtəşəm klublarla qazanmışam. Bəlkə də əlimdə belə bir imkan olmasaydı, həmin titullara sahib çıxa bilməzdim.

Ancaq o qədər güclü məşqçilər var ki, titul qazanmayıblar. Məhz buna görə deyirəm ki, yaxşı klublar, yaxşı futbolçular nəticə əldə etməkdə məşqçilərə çox kömək edirlər. Elə şeylər var ki, məşqçilər ona nəzrət edəbilmir. Amma bu, onların pis olması demək deyil”.

Mövsümə uğursuz başlayan "Mançester Yunayted" 3 turda 1 qələbə qazanıb, 2 dəfə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail