"Diqqətli olmalıyıq" - Kosovo millisinin baş məşqçisi

04.09.2018 | 3611 dəfə oxunub

Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də Azərbaycanın qonağı olacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkəsinin mətbuatına açıqlama verib.

Stadium.az xəbər verir ki, 67 yaşlı mütəxəssis yığmamızı aqressiv və güclü rəqib hesab edib: "Azərbaycan millisi aqressiv və güclü komandadır. Bu qrupda 1-ci yeri tutmaq üçün mübarizə aparırlar. Diqqətli olmalıyıq. Azərbaycan öz evində yaxşı oynayır. Onlar yaxşı komandaya malikdirlər. Bakıda əlimizdən gələnin ən yaxşısını edəcəyik. Turnirə uğurlu start üçün köklənmişik".

İsveçrəli mütəxəssis müdafiəçilərinin durumundan narahat olduğunu deyib: "Müdafiəçilərimiz klublarında az şans qazanıblar. Bu da bizi narahat edir. Yoldaşlıq oyunları bizi aldada bilər, məşqlərdə hər birinin durumuna diqqətli baxırıq. Start heyətə üçün hazır olanları seçməyə çalışacağıq".

67 yaşlı çalışdırıcı Kosovo futbolu barədə bunları deyib: "Kosovonu yalnız Millətlər Liqasına hazırlamıram. Burada gələcəyin komandasını qururuq. Kosovu 2 yaşlı körpə kimidir. Daim böyüyəcək və yaxşı gələcəyi olacaq".

Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail