Danimarka millisində xaos - futbolçular millini tərk etdi

05.09.2018 | 4682 dəfə oxunub

Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında baş verən anlaşmazlıq ölkədə qalmaqala səbəb olub.

Stadium.az xəbər verir ki, Futbolçular Birliyinin federasiya ilə futbolçuların reklam, imic, sponsor məsələlərinin daxil olduğu transfer haqları ilə bağlı danışıqları nəticəsiz qalıb. Bu durum isə millinin bu gün Slovakiya ilə yoldaşlıq və sentyabrın 9-da Uelsə qarşı Millətlər Liqası matçını təhlükə altına salıb.

Tərəflərin anlaşmaması səbəbindən futbolçular yığmanın düşərgəsindən gedib. Federasiya başqa futbolçuların axtarışına çıxsa da, baş məşqçi Aqe Hareyde və onun köməkçisi Yon Dal Tomasson istəmədikləri futbolçularla çalışmaq niyyətində olmadıqlarını vurğulayaraq, millini tərk ediblər.

Federasiya rəsmiləri millinin Slovakiya və Uelsə qarşı oynamayacağı təqdirdə, bu durumun ölkə futboluna ciddi zərbə vuracağını qeyd edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail