"Bizim üçün çox çətin olacaq" - Kosovo millisinin baş məşqçisi

06.09.2018 | 3460 dəfə oxunub

Sabah millimizlə oynayacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Bizim ilk oyunumuz olacaq. Millətlər Liqası maraqlı yarışdır. Bu, Avropa çempionatına getmək üçün yaradılan yoldur. Avropa çempionatında iştirak etmək bizim arzumuzdur. Rəqib haqqında məlumat toplamışıq. Rəqibin bütün oyunlarını görmüşəm. UEFA reytinqinə baxanda, Azərbaycan bizim qrupun ən yaxşısıdır. DÇ-2018-in seçmə mərhələsindəki oyunlarını izlədim, Almaniyaya qarşı yaxşı oynamışdılar. Azərbaycan seçmə mərhələdə 10 xal toplamışdısa, bizim aktivimizdə cəmi 1 xal var idi. Rəqibin son yoxlama oyunlarını da izləmişəm. Azərbaycan yaxşı futbol oynaya bilər. Bizim üçün çox çətin olacaq. Deyə bilərəm ki, çox çətin qrupa düşmüşük. Kosovo yaxşı komandadısa, digərlərini unutmaq olmaz. D Liqasının ən çətin qrupunda yer almışıq.

- Bütün açıqlamalarınızda bildirirsiniz ki, Azərbaycan güclü komandadır. Maraqlıdı, Bakıya hansı nəticə üçün gəlmisiniz?

- Bu, futbolun reallığıdır. Bunu reytinqə baxanda da görmək olur. Biz çox gənc komandayıq, körpəyik. Biz hələ böyüməmişik. Ona görə də Kosovonun güclü komanda olduğunu deyə bilmərəm. İndi futbolun necə olduğunu bilirəm. Farer adaları Portuqaliyaya çətinlik yaratmışdı. Bütün komandalar futbol oynamağı bacarır. Əvvəllər bu komandalar böyük hesabla məğlub olurdular, amma indi əksinədir.

- Müasir futbolda statistika heç nəyi həll etmir. Kosovonun futbolçuları daha yaxşı çempionatda çıxış edir.

- Kosovo xüsusi ölkədir. Xeyli sayda gənc futbolçuları var. Onların çoxu Avropada doğulub, yaşayıb və oynayıblar. Mən azərbaycanlıların xarici ölkələrdə oynamama səbəblərini deyə bilmərəm. Azərbaycanda yaxşı klublar var. Əgər bir futbolçu ölkəsində qalırsa, deməli, yaxşı pul qazanır. Bu, əsas səbəblərdən biridir. Əgər Azərbaycan Çexiya və Norveçə qarşı əla oynayıbsa, deməli, yaxşı komandadır.

- Avropa Çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. Bu, Azərbaycan millisinə xüsusi motivasiya verə bilər?

- Bu, hər bir komanda üçün çətin olacaq. Bu, arzudur, xəyaldır, istəkdir, həmçinin Kosovonun arzularıdır.

- Ən aparıcı futbolçunuz Valon Berişa zədə səbəbindən Bakıya gəlməyib. Onun yoxluğu necə təsir edə bilər?

- Berişa Kosovonun ən məşhur futbolçusudur. Biz onun yoxluğunu hiss etdirməməliyik. Onsuz bacarmalıyıq. Berişa oktyabr ayında tam hazır olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail