Ansi Aqolli: "Bu barədə danışmaq bir qədər tezdi"

07.09.2018 | 4900 dəfə oxunub

"Qarabağ"ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli ölkəsinin məbuatına müsahibə verib. 


- Ansi, kritik bir anda milliyə qayıtdınız...

- Millidən dəvət almaq üçün həmişə hazır olmalıyam. Bura gəlmişəm ki, komandama təcrübəmlə meydanda kömək edim. Üzərimə düşən işi maksimum şəkildə yerinə yetirəcəm.

- Milliyə qayıtdıqdan sonra komandada hansı dəyişikliyi gördünüz?

- Düşünmürəm ki, mən milli komandanı tərk etmişdim. İndi yığmada bir neç yeni oyunçu var. Onlar özləri düşünməlidirlər ki, ölkəmiz üçün oynayırıq. Kollektivdə ab-hava yaxşıdır. Biz növbəti oyuna hazırlaşırıq. Ona görə də millinin uduzduğu keçmiş oyunlardan danışmağın vaxtı deyil. Məncə, o məğlubiyyətlər qarşıdan gələn rəsmi oyunlar üçün bir dərs oldu.

- Millətlər Liqasında qarşıya hansı hədəf qoyulub?

- Bu barədə danımaq bir qədər tezdir. İlk növbədə yaxşı oyun göstərmək və qələbə qazanmaq istəyirik. Sonra gələcəyə baxarıq. Bütün oyunlar barədə ayrıca düşünməliyik.

- 2016-cı ildə İsrailə 0:3 hesabı ilə uduzmuşduq. İndi Albaniya millisi həmin dövrlə müqayisədə güclüdür, yoxsa zəif?

- İsraillə oyun bizim üçün pis təcrübə oldu. Həmin vaxt oyunumuza bir çox amillər təsir göstərdi. Komandamız 9 nəfərlə qalmışdı. Bu da planlarımıza böyük təsir etmişdi. İndi isə yeni bir oyun olacaq. Komandamız tam hazırdır.

- Milli komandanın ümumi hədəfləri və üzləşdiyi problem nədir?

- Hamı Avropa çempionatına gedən bir komandadan danışır. Hər şey gözlənilmədən oldu. Biz Avropa çempionatına yollandıq. İnanıram ki, sabahdan başlayan yolun sonu da belə uğurlu olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail