"Bəzən xal üçün belə oynamaq lazımdı" - Kosovo millisinin baş məşqçisi

07.09.2018 | 3690 dəfə oxunub

Millətlər Liqasında D Divizionunun III qrupunun ilk turunda keçirilən Azərbaycan – Kosovo (0:0) matçından sonra təşkil edilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Bernard Şalland jurnalistlərin suallarını cavablandırdı. 

- Bu nəticədən narazı deyiləm. İki fərqli tərzdə oynayan komanda idi.Azərbaycan təhlükəli və güclü komandadı. Amma demək olar ki, tıhlükəli epizod yarada bilmədilər. Biz komanda şəklində yaxşı müdafiə olunduq. Çünki rəqib topla yaxşı davranırdı. Azərbaycan yığmasının Almeyda kimi ağıllı futbolçusu var. O, bizə çətinlik yaradırdı. Amma müdafiədə boşluq vermədik. Hücum xəttindən razı deyiləm. Biz çoxlu sayda uzun ötürmələrdən istifadə etdik, anca topla daha yaxşı davrana bilərdik. Mən komandamın bacarığına əminəm.

- Oyun rəsmi matçdan çox, yoldaşlıq oyununa oxşayırdı. Bunu nə ilə əlaqələndirmək olar?

- Mən belə düşünmürəm. Bu, yoldaşlıq oyununa oxşamırdı. Belə düşünmək hər iki komandaya hörmətsizlik olardı. 

- Əvvəlki oyunlarda qısa paslarla daha yaxşı görünürdüz. Ancaq bu gün komanda daha çox müdafiədən və uzun toplarla oynadı. Sanki bura 1 xal üçün gəlmişdiz.

- Siz haqlısız. Biz topla daha çox oynamalıyıq. Ancaq bu gün asan deyildi. Çünki rəqibimiz yaxşı pressinq edirdi və top saxlayırdı. Bizim üçün çətin oldu.

- Matçdan öncə Azərbaycanın favorit olduğunu deyirdiz. Ancaq indi danışdıqlarınızdan görünür ki, 1 xaldan narazısız.

- Eyni düşünürəm. Azərbaycan yaxşı komandadı. Bizim üçün bu oyunda 1 xal yaxşı nəticədi. Ola bilər ki, bu, Azərbaycanı narazı salsın. Ancaq bizim də qol vurmaq üçün imkanlarımız çox oldu. Məncə, hər iki komanda təxminən eyni oynadı. Rəqib bir qədər daha üstün idi. Bilirəm ki, çox gözəl oyun olmadı. Bəzən xal üçün belə oynamaq lazımdı. Səfərdə 1 xal pis deyil



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail