"Sabah hər iki komanda qalib gələ bilər" Malta millisinin baş məşqçisi

09.09.2018 | 3783 dəfə oxunub

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Fellu cini jurnalistlərin suallarını cavablandırıb.


“İndi bu oyunu unutmalı, gələcəyə baxmalıyıq. Bütün fikrimiz qarşıdakı matça yönəlib. Azərbaycan güclü rəqibdir, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq

- Ötən oyundakı məğlubiyyətin səbəbi nədir?

- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.

- Yəqin ki, Azərbaycan – Kosovo matçını izləmisiniz. Azərbaycan barədə düşüncələrinizi bilmək istərdik...

- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadır. Xüsusilə, braziliyalını (Riçard Almeyda - red.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdir

Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiniz? -

Azərbaycan Farer adaları yığmasından fərqli futbol oynayır. Bu görüşə yaxşı hazırlaşmışıq. İlk oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik.

Sentyabrın 10-da Ta Qali stadionunda keçiriləcək Malta – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail