"Onu çarəsiz vəziyyətdə qoydum" - "Qarabağ"ın futbolçusu

10.09.2018 | 4148 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan millisi Millətlər Liqasının C Liqasının III qrupunda evdə Norveçi 1:0 hesabı ilə məğlub edib.

Stadium.az xəbər verir ki, qarşılaşma öncəsi Simeon Slavçevin adı son anda oyunun iştirak ərizəsindən çıxarılıb. 24 yaşlı futbolçu matçdan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alıb.

Slavçev komandasının qələbəsi barədə danışıb və son anda zədələnərək. heyətdən kənar qaldığı üçün baş məşqçidən üzr istəyib: "Baş məşqçimizdən üzr istəyirəm. Onu son anda çarəsiz vəziyyətdə qoydum. Martin Raynov üçün mənim mövqeyimdə oynamaq asan deyildi. Onun üçün xoş sürpriz olmadı. Çox sevinirəm ki, qələbə qazandıq. Bu gün tibbi müayinədən keçəcəm. Ağır zədə deyil. Bir qədər dincəlməyə ehtiyacım var. Müayinədən sonra hər şey bəlli olacaq".

İki oyundan sonra 6 xalı olan Bolqarıstan millisi qrup lideridi. Slavçev uğurlu çıxışa davam etmək istədiklərini deyib: "Biz favorit deyilik. Gəlin, tələsməyək. Uğurlu çıxışa davam etməliyik". Bolqarıstan Norveç, Kipr və Sloveniya ilə eyni qrupdadır. Qeyd edək ki, Slavçev 2013-cü ildə çıxış etdiyi Bolqarıstan millisinin heyətində 18 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail