VAR Çempionlar Liqasında?

08.11.2018 | 3684 dəfə oxunub

Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən bu mövsüm istifadə oluna bilər. 

Stadium.az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb. İddiaya görə, yeni texnologiyanın Rusiyada keçirilən dünya çempionatında uğurlu olduğunu nəzərə alan UEFA pley-off mərhələsindən etibarən VAR-a müraciət edə bilər. Dünən qrup mərhələsinin 4-cü turunun "Şaxtyor"la oyununda "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqin yıxıldığı epizodda matçın baş hakimi Viktor Kassainin yanlış qərar verməsi də bu məsələni yenidən gündəmə gətirib. UEFA İcraiyyə Komitəsinin dekabr ayında keçiriləcək iclasında bu barədə qərar veriləcəyi istisna olunmur. 

Daha əvvəl qitə futbol qurumundan verilən açıqlamada Çempionlar Liqasında VAR sistemindən gələn mövsüm istifadə ediləcəyi bildirilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail