Prosineçki xəstəxanaya yerləşdirilib

23.11.2018 | 3928 dəfə oxunub

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.

Stadium.az xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı mütəxəssis ötən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, çalışdırıcı qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır. Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib. Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail