UEFA klublararası yeni turnir yaradıb

03.12.2018 | 3640 dəfə oxunub

UEFA İcraiyyə Komitəsi 2021-2024-cü illər üçün klublararası üçüncü turnirin yaradıldığını təsdiqləyib.

Stadium.Az xəbər verir ki, UEL2 adlanan yeni turnir Çempionlar Liqası və Avropa Liqasındakı sxemlə keçiriləcək.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final olacaq. 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək. Həmin oyunlarda UEL2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqası qruplarının 3-cü yer sahibləri qarşılaşacaqlar.

Yeni turnir Avropa Liqasındakı kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanı nəzərdə tutur. UEL2-nin qalibi növbəti mövsümün Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək.

Beləliklə, Çempionlar Liqasının görüşləri 2-3-cü, Avropa Liqası və yeni turnirin matçları 4-cü günlərə təsadüf edəcək. Bütün klub turnirlərinin final oyunları eyni həftədə - çərşənbə (yeni turnir), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.

Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dır) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq. Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.

2021-2024 tsiklində Avropa Liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq. Burada Avropa Liqası qruplarının ikinci yer sahibləri ilə Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail