Valverde: "Çox güclü bir komandaya qarşı matçda möhtəşəm nəticə əldə etdik""

02.05.2019 | 5323 dəfə oxunub

"Liverpulun" da qol vura biləcəyi epizodları oldu. Hesabda geri düşə, uduza bilərdik. İkinci hissədə kiçik dəyişikliklər etdik və onlar işimizə yaradı. Çox güclü bir komandaya qarşı matçda möhtəşəm nəticə əldə etdik".

Bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

"Bu matçda bizə vuruşmaq lazım idi və biz qalib gəldik. Qol buraxmamaq üçün tərləmək lazım oldu" - deyə o bildirib.

İspan mütəxəssis "Liverpul"un möhtəşəm komanda olduğunu bildirib: "Onlara qarşı oynayacağımız daha 90 dəqiqə var. Ötən mövsüm 1/4 finalda üç qol üstünlüyümüz olmasına baxmayaraq, mübarizəni dayandırmışdıq. Ona görə intriqa hələ davam edir. "Liverpul" işimizi çətinləşdirəcək".

O, "Livrepul"a qarşı matçda dubla imza atan Lionel Messi haqda da danışıb: "Messi təəccübləndirməkdən heç vaxt imtina etmir. O, bizim kapitanımızıdır. Bu gün də oyununun nəticəsinə Messi qərar verdi və zəfəri bizə gətirdi. O, bir daha sübut etdi ki, komandanın lideridir. Messinin ikinci qolu vurub-vurmayacağını bilmirdim. Bilmirəm, o, bunu necə edir. Amma həmişə bizə lazım olanda özünü göstərir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail