Unai Emeri: "Çətin olacağını bilirdik"

30.05.2019 | 5297 dəfə oxunub

UEFA Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzan "Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlama verib.

Stadium.az xəbər verir ki, ispan mütəxəssis məğlubiyyəti şərh edib: "İlk hissədə önə keçmək üçün yaxşı fürsətlərimiz var idi. Şanslar yaratdıq, ancaq qola çevirmədik. "Çelsi"nin vurduğu ilk qol oyunun axarını dəyişdi. Jirunun ikinci qolundan sonra oyundan qopmamağa çalışdıq. Ancaq işimiz çox çətinləşdi. "Çelsi"ni təbrik etməliyik, qələbəyə layiq idilər".

Emeri Çempionlar Liqasından kənarda qalmalarının transfer siyasətlərinə təsir etməyəcəyini deyib: "Belə düşünmürəm, "Arsenal" böyük klubdur. Hər futbolçu belə klubda oynamaq istəyir. Hədəfimizə hələ çatmamışıq. Klubumuzda işlər görülür, inkişafa can atılır. Kifayət qədər gənc oyunçumuz var. Onlar bu gün ilk dəfə final həyəcanı yaşadı. Gənclərimizin yaxşı gələcəyi olacaq".

47 yaşlı mütəxəssis klubun azarkeşlərinə səslənib: "Çətin olacağını və rəqibin güclü futbolçulara sahib olduğunu bilirdik. Azarkeşlərimizə hələ yolun başlanğıcında olduğumuzu demək istəyirəm. Hədəfimizə çox yaxın idik. Premyer Liqada da Çempionlar Liqada düşə bilərdik. Bəzi hədəflərə çatsaq da, sonda məyusuq. Ancaq irəli addım atmışıq". "Topçular"ın çalışdırıcısı növbəti mövsümə bu heyətlə davam edəcəklərini deyib: "Müqaviləsi başa çatan futbolçular barədə danışmağın mənası yoxdur. Əvvəlcə onlarla danışmaq lazımdır. Ötən mövsüm transfer etdiyimiz gənclərlə yola davam etməliyik. Hədəflərə çatmaq üçün futbolçular əllərindən gələni edir. Onlarla fəxr edirəm. Fikrimcə, bu heyətlə də yaxşı ola bilərik. Yaxşı futbolçularımız var. Bəlkə, yeni oyunçular da aldıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail