"Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

15.10.2019 | 5587 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək, final mərhələsinə yüksəlməyi bacaran Ukrayna millisinin yarımmüdafiəçisi Taras Stepanenko oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində qırmızı vərəqə alan 30 yaşlı futbolçu ingiltərəli baş hakim Entoni Teylor haqda sərt sözlər deyib: "Yaxşı iş gördük və Avropa çempionatına qrup lideri kimi yollanırıq. Buna layiq idik. Xoşbəxtəm, amma təəssüf ki, hakim mənə sona qədər döyüşməyə icazə vermədi. Bu hakim məni "Ayntraxt"la matçda 10-cu dəqiqədə meydandan qovmuşdu. İndiyə qədər gördüyüm ən qorxaq referidir. İlk sarı kart epizodunda rəqibə müdaxiləm olmamışdı. Yaremçukla birgə topa oynadıq, qaydanı da o pozdu, amma vərəqəni mən aldım. Hər ikimiz hakimə bunu dedik. Penalti epizodunda isə sürüşmə fəndini edirdim. Top öncə buduma, sonra da əlimə dəyir. Oyun davam edirdi. Kriştiano Ronaldo hakimə tərəf qaçıb, "penalti" qışqırır və bir neçə saniyə sonra hakim ağ nöqtəni göstərir. Ronaldo nə deyirdisə, hakim əməl elədi. Bu oyun ömürlük xatırlanacaq. Azarkeşlər son 20 dəqiqədə inanılmaz dəstək göstərdi. Onlardan üzr istədim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail