"Mançester Yunayted" 38 yaşlı futbolçu ilə müqavilə yenilədi

11.02.2012 | 4706 dəfə oxunub

“Mançester Yunayted” əfsanəvi oyunçusu Rayan Giqslə müqavilə müddətini bir il daha uzadıb. Stadium.az xəbər verir ki, Giqs sözləşmənin uzadılmasından sonra fikirlərini bölüşüb. Təcrübəli futbolçu açıqlamasında bunları söyləyib: "İlk müqaviləmi bağlayanda "Mançester Yunayted"də 22 il çıxış edəcəyimi heç ağlıma belə gətirməmişdim. Özümü çox yaxşı hiss edirəm və hələ də komandama xeyir verə biləcəyimi düşünürəm".

Komandanın baş məşqçisi Ser Aleks Ferqyusson isə bu barədə belə danışıb: "Rayan möhtəşəm bir oyunçudur. İntizamlı şəkildə ildən ilə özünü yenidən kəşf edir, dəyişimə adaptə olur və uğura aclığını heç bir vaxt yaddan çıxarmır".

Giqs "Mançester Yunayted" forması ilə 898 dəfə rəsmi oyunda meydana çıxıb. 38 yaşlı futbolçu komandası ilə 12 dəfə İngiltərə çempionu, 2 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail