Tevesin "Mançester Siti"də oynayacağı dəqiqləşdi

14.02.2012 | 3758 dəfə oxunub

"Mançester Siti"nin hücumçusu Karlos Teves karyerasını elə bu komandada davam etdirəcək. Stadium.az xəbər verir ki, argentinalı hücumçu sabah komandaya qoşulacaq və məşqlərə başlayacaq. 

Baş məşqçi Roberto Mançini ilə yaşadığı problemlərin ardından forma şansı verilməyən və qış transfer dövründə onunla maraqlanan komandalara transferi reallaşmayan 28 yaşlı futbolçunun sabah fiziki testlərdən keçəcəyi və komanda ilə birgə məşq edəcəyi açıqlanıb.

İtalyan mütəxəssis də artıq Tevesin dönüşüylə əlaqədar fikir bildirib: "Hər kəs Tevesin çox yaxşı bir oyunçu olduğunu bilir. Matçın gedişatını dəyişdirə biləcək bir futbolçudur. Hazır olduğu zaman oynaya bilər. Qalan üç ayda bizə xeyri ola bilər".

Qeyd edək ki, Teves "Mançester Siti"də heyətdən kənarlaşdırıldıqdan sonra maaş, mükafat və digər cəzalar səbəbiylə təxminən 10 milyon fund ziyana düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail