Suares "Liverpul"u "Palermo"ya dəyişir?

18.02.2012 | 5908 dəfə oxunub

"Mançester Yunayted"in müdafiəçisi Evra ilə yaşadığı gərginlik sonrası bir nömrəli gündəm mövzusu olan Luiz Suaresin "Liverpul"dan ayrılmaq istədiyi barədə məlumat yayılıb. Stadium.az xəbər verir ki, İngiltərə mətbuatı futbolçunun transferində bir neçə klubun maraqlı olduğunu, bunların arasında isə İtaliyanın "Palermo" klubunun daha istəkli göründüyünü qeyd edib.

İngilislərin yazdığına görə, Evraya qarşı işlətdiyi irqçi ifadələr səbəbiylə 8 matç cəza alan və cəzası bitdikdən sonra yenə də etirazlarla qarşılaşan Suaresin yaşadıqlarından olduqca narahat olduğu və İngiltərəni tərk etmək istədiyi bildirilib.

Fürsətdən istifadə etmək niyyətində olan "Palermo"nun prezidenti Mauritsio Zamparini isə istedadlı futbolçunu komandaya qazandırmaq istədiyini dilə gətirib: "Suaresi mümkün olsa, heç düşünmədən, sabah transfer etmək istəyərəm. O, fantastik bir oyunçudur. İrqçi olduğu ilə bağlı iddialara da inanmıram".

Digər tərəfdən, ötən mövsüm "Ayaks"dan "Liverpul"a transfer edilmiş uruqvaylı hücumçunun xidmətində Fransanın PSJ klubunun da maraqlı olduğu bildirilib.



  #1   Adınız: ciristiano ronaldo;   E-mail: [email protected]

22.02.2012 02:43

suarez liverpulda qalsa yaxsi olar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail