Məhkəmə Ronaldinyo və qardaşını 6 aylığına azadlıqdan məhrum etdi

08.03.2020 | 5325 dəfə oxunub

Paraqvayda Braziliya millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Ronaldinyo və onun qardaşı Roberto de Assis Moreyra barədə məhkəmə hökmü çıxarılıb.

Stadium.Az xarici mediaya istinadla yazır ki, saxta sənədlərin düzəldilməsində ittiham olunan futbolçu barədə 6 aylıq həbs qərarı verilib. Bu müddətdə istintaq aparılacaq.

Məhkəmə həbsin ev dustaqlığı ilə əvəzləməsi barədə vəsatəti təmin etməyib. Hakimlər bildiriblər ki, belə bir hökm çıxarılsa, qardaşlar vətənlərinə qaça, Braziliya isə onları geri qaytarmaya bilər.

Ronaldinyo və qardaşı Paraqvay aeroportunda saxta pasport təqdim edərkən saxlanılıblar. Əlavə edək ki, Braziliyada Ronaldinyonun 57 obyekti bloklanıb. Buna onun mülk tikintisi zamanı ekologiyaya vurduğu zərərə görə prokurorluğun çıxardığı 2,3 milyon avroluq cəriməni ödəməməsi səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail