"Real"da ciddi itkilər

11.03.2020 | 4837 dəfə oxunub

İspaniyanın “Real” klubu iki ciddi itki ilə üzləşib. Stadium.Az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Marselo və qapıçısı Tibo Kurtua zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun La Liqanın son turunda keçirilən “Betis”lə oyunda (1:2) zədələndikləri bildirilib. Həm Marselonun, həm də Kurtuanın zədəsinin sol ayaq əzələsində olduğu deyilir.

“Real” futbolçuların sağalma müddəti ilə bağlı məlumat verməsə də, İspaniya mətbuatı hər iki futbolçunun La Liqanın növbəti turunda keçiriləcək “Eybar”la və Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti həftə baş tutacaq “Mançester Siti” ilə qarşılaşmalarda iştirak etməyəcəyini bildirib.

“Mançester Siti” və “Real” arasında İspaniyada keçirilən ilk oyunda ingilislər 2:1 hesablı qələbəyə sevinmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail