"Müqaviləmin bitməsinə baxmayaraq, çempionatı tamamlamaq üçün komandada qalaram"

20.03.2020 | 415 dəfə oxunub

"Çelsi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Villian açıqlama verib. Stadium.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi, müqaviləsinin bitməsinə az qalmasına baxmayaraq, koronavirus səbəbiylə çempionat dayandırıldığı üçün “zadəganlar”da oynayacağını bildirib:

“Düşünürəm ki, müqaviləm iyul ayında bitəcək. Bu aylarda oynamalı olsaq, kluba sadiq qalaraq, çempionatı bitirməyin mənim üçün problem olmayacağını düşünürəm. Müqaviləmin bitməsinə baxmayaraq, çempionatı tamamlamaq üçün komandada qalaram. Amma bunun dəqiq olmadığını bilirik. Nələrin baş verəcəyini bilmirik. İstənilən halda, hər zaman olduğu kimi, müqavilədən asılı olmayaraq, klub üçün əlimdən gələni etməyə hazıram.

Klub bizə evdən çıxmamaqla bağlı təlimat verib. Marketə və ya aptekə getmək istisna olmaqla, evdən çıxmamalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ