İngiltərə Premyer Liqasında qalan matçları 5 həftəyə tamamlamaq istəyirlər

14.04.2020 | 5248 dəfə oxunub

İngiltərə Premyer Liqasında qalan matçlar 5 həftədə oynanıla bilər. Stadium.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilib, belə olacağı təqdirdə, hər komanda 35 gün ərzində həftədə 2 dəfə oynayacaq. 16 klubun 9, 4-nün isə 10 oyunun qaldığı xatırladılıb.

Nəşr yazıb ki, hazırda qarşılaşmaların bu qədər sıx bir cədvəllə keçirilməsi üçün texniki imkanın olub-olmadığı müzakirə olunur. Bundan başqa, təqvimə İngiltərə kubokunun oyunları da daxil edilməlidir.

Premyer Liqa hazırda may ayında bərpa olunacağı gözlənilən Bundesliqanın təcrübəsini böyük maraqla izləyir. İngiltərə çempionatının mayda yox, iyunda bərpa oluna biləcəyi vurğulanıb.

Xəbərdə cümə günü Premyer Liqa klublarının oyunların yenidən nə vaxt başlanacağı ilə bağlı videokonfrans keçirəcəyi bildirilib. Liqa oyunlarının noyabr ayına kimi boş tribunalar önündə keçirilməsi ilə bağlı narahatlıqlar olduğu yazılıb.

İngiltərədə növbəti mövsümün avqustun 8-i başlaması planlaşdırılır. Premyer Liqa rəhbərliyi hesab edir ki, bu tarix 2019/20 mövsümünün tamamlanması üçün dəyişdirilə bilər. Lakin rəhbərlik tarixlərin çox uzanmasını istəmir. Çünki Avropa çempionatına 2021-ci il iyunun 11-i start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail