Satın aldığı kluba öz adını verdi

23.02.2012 | 4526 dəfə oxunub

Macarıstanın köklü futbol klublarından olan və Birinci Liqada mübarizə aparan "Peks"i satın alan milyoner iş adamı komandaya öz adını verib. Stadium.az xəbər verir ki, Macarıstanın cənub-qərbindəki Pecs şəhərinin komandasını satın alan macar iş adamı Dezsö Matye bundan sonra komandanın "PMFC-Matias" adını daşıyacağını açıqlayıb.

Geridə qalan 17 matçda 28 xal toplayan və turnir cədvəlində 6. sırada yer alan "PMFC-Matias"ın qısa zamanda Avropa kuboklarında müvəffəqiyyət qazanması üçün çalışacağını söyləyən Dezsö Matye futbola qoyduğu sərmayə üçün peşman olmadığını, irəlidə şəhərdə yeni bir stadion inşa etdirmək niyyətinin də olduğunu deyib.

Dezsö Matye komandaya öz adını verməsinin səbəbi ilə bağlı səsləndirilən sualı isə bu cür cavablandırıb: "Milyonlarla pul xərcləyən biri olaraq, bu haqqa sahib olduğumu düşünürəm".

Matyenin klubu hansı məbləğə satın aldığı isə açıqlanmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail