Buffon: "'Topun xətti keçdiyini görsəm də, deməzdim"

28.02.2012 | 4717 dəfə oxunub

İtaliya A Seriyasının 25-ci turunda keçirilən "Milan" - "Yuventus" matçındakı hakim səhvi müzakirə olunmağa davam edir. Stadium.az xəbər verir ki, qarşılaşmasının 15-ci dəqiqəsində hesabı açmış "Milan" 25-ci dəqiqədə daha bir qol vurub, lakin Suley Muntarinin baş zərbəsindən sonra topun qapı xəttini keçməsinə baxmayaraq, hakim qolu qeydə almayıb.

Qarşılaşmadan sonra "Milan" rəsmiləri və azarkeşlər hakimə etirazlarını dilə gətiriblər. Onların qəzəbini isə Buffon artırıb. Hadisə zamanı topu qapının içindən çıxara bilən italiyalı qapıçı məsələ ilə bağlı açıqlaması zamanı bunları deyib: "Topun xətti keçdiyini görsəydim də hakimə deməzdim".

Onun məhz bu sözləri ölkə futbolunda kəskin fikirlərə səbəb olub. Bir çoxları təcrübəli qapıçının bu sözlərinin qeyri-etik olduğunu bildirib. Çox kiçik bir qisim isə onu haqqlı görüblər. İtaliya Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Marçelo Niççi Buffonun bu açıqlamasına münasibət bildirib:

''Buffonun açıqlaması məni məyus etdi. Milli komandamızın kapitanının bu sözləri gənclər üçün yaxşı nümunə deyil".

Niççinin fikirlərinə təcrübəli qapıçının da cavabı gecikməyib: "Həyatımda heç vaxt ikiüzlü olmamışam. Eyni şeyləri yenə də təkrar edərəm. Hər kəsin özünə görə bir fikri var. Mən klubumun bir üzvüyəm və öz fikrimi söyləyirəm. Kimsə bununla razılaşar və ya razılaşmaz, normal haldır. Ancaq, mən digərlərinə hörmət edirəm, onlar da mənə hörmət etsinlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail